QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Sabunçu və Abşeron rayonlarında baş verən oğurluq hadisələrində şübhəli bilinən dörd nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hər iki fakt üzrə araşdırma aparılır.
Sabunçu rayonu ərazisində zərərçəkənlərə məxsus, ümumi dəyəri 5 min manata yaxın olan məişət əşyaları oğurlanıb. Polis tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı N.Xəlilov müəyyən edilərək tutulub.
Abşeron rayonunda isə tikiş sexlərindən birindən 50 min ədəd kisə aparılıb. Oğurlanan kisələrin ümumi dəyəri 15 min manatdır. Polis 45 yaşlı E.Kərimovu, 34 yaşlı N.Quliyevi və 36 yaşlı S.Qaraşovu müəyyən edərək saxlayıb.
Hadisələrlə bağlı araşdırmalar davam edir.