QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, mediator Türkər Əliyeva Sumqayıt şəhər Prokurorluğunda başladılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxarılıb.
Bu ilin avqustunda Əliyevanın adı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları ilə baş vermiş insidentdə hallanmışdı. Həmin vaxt o, idarədə sənədi cırıb və əməkdaşın üzünə çırpıb. Hadisə “üzərində dövlət gerbi olan rəsmi sənədi cırdı” şəklində də təqdim olunmuşdu.
Qazi olduğunu deyən şəxsin sərt etirazı və onunla Türkər Əliyeva arasında yaranan mübahisə də general qızının əleyhinə olmuşdu.