QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Florida ştatının qubernatoru Ron Desantis 2028-ci il ABŞ prezident seçkisində iştirak etmək üçün hazırlıq görür.

“The Washington Post”un məlumatına əsasən, Desantis Respublikaçılar Partiyasının namizədi olmaq niyyətindədir. O, seçki kampaniyasında çalışmaq təklifi ilə ən azı bir siyasi məsləhətçiyə müraciət edib. Qubernatorun tərəfdarlarının yaratdığı siyasi komitə də maliyyə toplamağa başlayıb.

Desantisin dəstəkçiləri bildiriblər ki, noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərdə respublikaçıların uğursuz nəticəsindən sonra qubernator prezidentliyə yenidən iddia etməyi mümkün sayıb.

Seçkinin nəticələrinə görə, respublikaçılar Konqresin hər iki palatasındakı nəzarəti itirir, çoxluq isə demokratlara keçir. Bununla belə, Florida səsvermənin yekunları əsasında respublikaçıların mövqelərini qoruduğu ştatlar arasındadır.

Desantis 2024-cü il prezident seçkisində də iştirak etmişdi. O, sonradan yarışdan çəkilərək həmin vaxt ölkə prezidenti olan Donald Trampa dəstək vermişdi.

Tramp daha əvvəl hazırkı vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu öz prezidentlik müddəti bitdikdən sonra ölkəyə rəhbərlik etmək üçün ideal namizədlər adlandırıb. O, 2028-ci il seçkisində bu iki siyasətçinin məğlub edilməsinin çətin olacağını da bildirib. Vens isə həmin il prezidentliyə namizədliyini irəli sürmək ehtimalını istisna etməyib.