QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkələrdə yayılan mübahisəli görüntülərə münasibət bildirib.
Bir qrup qadının pul müqabilində spirtli içki qəbul etdiyi kadrlar aparıcının diqqətini çəkib. Ağasəfqızı bu görüntülərin lentə alınaraq ictimaiyyətə təqdim edilməsini yolverilməz saydığını deyib.
O, paylaşımında hər kəsin öz davranışına görə məsuliyyət daşıdığını, lakin əxlaqi prinsiplərə zidd hesab etdiyi hərəkətlərin cəmiyyətə nümayiş etdirilməsinə qarşı olduğunu vurğulayıb.
Aparıcı belə məzmunu hazırlayıb yayanların məsuliyyətə cəlb olunmalı olduğunu qeyd edib: “Beş manat pula görə ağzına nə gəldi dürtən və danışanların görüntüsü niyə mənim qarşıma çıxmalıdır axı? Kim nə edir özü bilər. Əxlaqına, tərbiyəsinə özü cavabdehdir. Amma tərbiyəsizliyini və əxlaqsızlığını cəmiyyətə sırıyanlar, ətrafa yayanlar, bunu çəkib paylaşanlar cəzalandırılmalıdır”.