QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, badamdan hazırlanan un az karbohidratlı, zülal baxımından zəngin və qlütensiz olması ilə seçilir. Qlütensiz və karbohidratı az olan qidalanmaya üstünlük verənlər bu məhsuldan istifadə edirlər.
Badam ununda bitki zülalı, lif və doymamış yağlarla yanaşı, E vitamini və maqnezium da mövcuddur. Ağ unla müqayisədə karbohidrat miqdarı daha azdır. Bu xüsusiyyət ağ undan hazırlanan yeməklərə nisbətən qida qəbulundan sonra qanda şəkərin artmasının məhdudlaşmasına kömək edə bilər.
Lif və yağ tərkibi həzmə təsir edir, toxluq hissinin daha uzun sürməsinə şərait yaradır. E vitamini isə antioksidant kimi hüceyrələrin oksidləşmə səbəbindən zədələnmədən qorunmasına kömək edir.
Bununla belə, badam unu kalorisi yüksək məhsuldur. Çəkisinə nəzarət edənlərin istifadə etdikləri miqdarı nəzərə almaları tövsiyə olunur.