QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürkün irsindən yararlanaraq uzun illər xalqı kiçik gördüklərini və onun fikirlərini siyasi maraqlara uyğun şəkildə dəyişdirməklə millətə böyük ziyan vurduqlarını bildirib. O, bu fikirləri Atatürkün vəfatının 88-ci ildönümü münasibətilə təşkil olunan anım mərasimində səsləndirib.
Ərdoğanın sözlərinə görə, öz xəyallarında yaratdıqları Mustafa Kamal obrazından istifadə edənlər xalqla Cümhuriyyət arasında məsafə formalaşdırıblar. Prezident qeyd edib ki, rəhbərlik həm Cümhuriyyətin nailiyyətlərini, həm də minillik tarixi mənimsəyərək, şanlı keçmişin bütün səhifələrini qəbul edib və öz irsindən üz döndərənlərin açdığı yaraları sağaltmağa çalışıb.
“Qazi Mustafa Kamalın ‘kimsəsizlərin kimsəsi’ adlandırdığı Cümhuriyyəti yenidən xalqla qovuşdurduq”, – Ərdoğan əlavə edib.