QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Samux rayonunun Qədili kəndi yaxınlığında yol qəzası baş verib. 32 yaşlı İlyas Aslanov “Chevrolet Niva” markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə nəzarəti itirib.
Avtomobil yoldan çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Maşında olan Əziz Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.