QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qaradağ rayonunda yük avtomobillərinin iştirakı ilə baş verən yol qəzasında bir nəfər həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “112” qaynar xəttinə Səngəçal qəsəbəsində qəza baş verməsi və bir nəfərin avtomobildə sıxılması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri göndərilib.
Əraziyə baxış zamanı “Mersedes” markalı yük avtomobillərinin iştirakı ilə qəza baş verdiyi, sürücünün isə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı qaldığı və öldüyü müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək 1993-cü il təvəllüdlü Rəmzi Savet oğlu Əliyevin meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı araşdırma aparılır.