QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk on ayında məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənişinə 148,7 milyon manat yönəldilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bildirdiyinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu məbləğ 4,5 milyon manat, yaxud 3,1 faiz artıb.