QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakıda 23 yaşlı ögey bacısını qətlə yetirməkdə şübhəli bilinən Ayxan Mehdiyevin fotoları yayılıb.
İddialara əsasən, 18 yaşlı gənc bıçaqla bacısına hücum edib və ona üç ağır zərbə vurub. Gülarənin qışqırığını eşidən qonşular hadisə yerinə gəlib, təcili tibbi yardım çağırıblar.
2003-cü ildə anadan olan Gülarə Ağa qızı Mehdiyeva xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma davam edir.