QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni kadr təyinatı olub. Nihat Axundov şirkətdə departament müdirinin müavini vəzifəsini tutacaq.
Axundov daha öncə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) şöbə müdiri, AZERA Holding-də satınalma departamentinin rəhbəri işləyib. O, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində şöbə müdiri vəzifəsində fəaliyyət göstərib.