QafqazNews Manset.az-a istinadən xəbər verir ki, son dövrlər sosial şəbəkələrdə bəzi avtomobil icarəsi şirkətlərinin sürücülük vəsiqəsi olmayan şəxslərə maşın təklif etməsi diqqət çəkib.
Belə şirkətlər avtomobil götürmək üçün 18 yaşın tamam olmasını yetərli sayırlar. Sürücülük təcrübəsi olmayan müştərilərə maşının necə verildiyi soruşulduqda isə şirkət nümayəndələri avtomobili idarəetmə qaydasına baxdıqlarını bildirirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bu hallarla əlaqədar avtomobil icarəsi ilə məşğul olan şirkətlərə xəbərdarlıq edib. İdarənin bildirdiyinə görə, avtomobil icarəyə verənlər müştərinin sürücülük vəsiqəsinin mövcudluğunu yoxlamaqla kifayətlənməməli, onun nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək üçün yetərli təcrübəsinin olduğuna da əmin olmalıdırlar.