QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Vətən müharibəsində Şuşa istiqamətindəki döyüşlərdə ağır yaralanan Samir Məmmədov hərəkət məhdudiyyətinə baxmayaraq fəal həyata qayıtmağa nail olub.
Müharibə zamanı aldığı xəsarətlərdən sonra Bakı Reabilitasiya Mərkəzində xidmət alan qazi əlilliyini geridə qoyub və əmək qabiliyyətini bərpa edib.
Hazırda restoran meneceri işləyən Məmmədov keçdiyi yolu belə ifadə edib: “Bura gələnə qədər mənim bir müharibə yolum olub və hətta inanmayacaqsınız, mənim əlilliyim də olub”.