QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, uşaqlar üçün istehsal olunan “Aquşa” süd məhsulunda qablaşdırmada göstəriləndən artıq kalsium aşkarlanıb. Mütəxəssis bu halın körpələrdə böyrək daşı və duz kristallarının yaranma ehtimalını artıra biləcəyini bildirib.
Laboratoriya yoxlamasında məhsulun 100 milliqram kalsium göstərilən qablaşdırmasında 222 milliqram maddə müəyyən edilib. Miqdarın icazə verilən hədləri aşmadığı qeyd olunsa da, Rospotrebnadzor etiketdəki məlumatın anaları yanılda biləcəyini əsas gətirərək istehsalçıya xəbərdarlıq verib. Uyğunsuzluq Kurqan şəhərində yerləşən “Lenta” mağazasında tapılan məhsullarla bağlı olub.
Pediatr Anna Levandnayanın jurnalistlərə açıqlamasına görə, bədəndə kalsiumun çoxluğu böyrəklərdə daşların və duz kristallarının yaranmasına gətirib çıxara bilər. Uşaq D vitamini qəbul edirsə və ya böyrək xəstəliyi varsa, bu məsələyə xüsusi diqqət yetirilməlidir.
Bundan əvvəl arıqlama dərmanlarının istehsalçıları preparatların qəbulu ilə əlaqələndirilən ciddi fəsadlara görə kütləvi ittihamlarla üzləşiblər. Pasiyentlər mədə iflici yaşadıqlarını, bəzi istifadəçilər isə görmə qabiliyyətlərini itirdiklərini bildiriblər.