QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tariyel Məmmədov 77 yaşında vəfat edib.
Məmmədov 1994-2014-cü illərdə həmin vəzifəni icra edib. Bu illər ərzində o, Şəmkirin keçmiş icra başçıları Aslan Aslanovun (1993-2005) və Nazim Veysovun (2005-2014) birinci müavini olub.
Tariyel Məmmədov 2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.