QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Bununla bağlı əmr imzalanıb.

Maniyev ehtiyata buraxılıb. O, təxminən 10 ay əvvəl bu posta təyin olunmuşdu.

Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. Son vəzifəsinə təyinatından sonra hərbi rütbəsi yüksəldilən Maniyev idarə rəisi, polkovnik Anar Eyvazovun müavini kimi çalışıb.