QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva Sumqayıt şəhər Məhkəməsinə gətirilib.
Türkər Əliyevanın səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Onun yaxın dəqiqələrdə hakim qarşısına çıxarılması gözlənilir.
Əliyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə külli miqdarda ziyan vurmaqla dələduzluğu nəzərdə tutur.