QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
Nazirliyin “X” sosial media hesabında yayımlanan mesajda azərbaycanlılar “türk qardaşlarımız” adlandırılıb.
Paylaşımda bildirilib: “Milli dirçəliş ruhu ilə 38 il əvvəl müstəqilliyə doğru addımlayan və Qarabağda böyük Zəfər qazanan azərbaycanlı türk qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik”