QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ucar rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
Toqquşma Bakı-Qazax magistralının Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətinə gedən “Toyota” markalı minik avtomobili “VAZ 2106” ilə toqquşub. Zərbədən sonra “Toyota” magistralın kənarına çıxıb.
Qəza nəticəsində Ucar sakini Kamran Eyubov, eləcə də Göyçay sakinləri Rauf Məmmədli və Aynur Azəri xəsarət alıblar. Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.