QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Alyans” Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli saxlanılıb.
Məlumata görə, vəkil polis əməkdaşları tərəfindən tutulub. Onun Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maddələri üzrə ittiham olunduğu bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən daha iki vəkil də saxlanılmış, onlar barəsində həbs-qətimkan tədbiri seçilmişdi.