QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Xırdalan dairəsinin yaxınlığında iki marşrut avtobusu toqquşub.

Məlumata görə, hadisədə 505 və 135 saylı avtobuslar bir-birinə dəyib.

Toqquşma səbəbindən avtobuslardan birində olan sərnişinlər mənzil başına vaxtında çata bilməyiblər. Onlar yoluna davam etmək üçün başqa marşrut avtobusunun gəlməsini gözləməli olublar.