QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Yasamal rayonunda sərnişin 65 saylı marşrut avtobusunun ön qapısının şüşəsini sındıraraq hadisə yerindən uzaqlaşıb.
İnsident ötən gün axşam saatlarında baş verib. 99-JP-013 dövlət nömrə nişanlı avtobusda olan sərnişin sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib. Sürücü növbəti dayanacaqda saxlayacağını bildirsə də, sərnişin təkidini davam etdirib.
Daha sonra o, avtobus salonundakı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş cihazına və ön qapının şüşəsinə zərər yetirib. Sərnişin qapı şüşəsini təpiklə qıraraq ərazidən qaçıb.
Hadisə avtobusun müşahidə kamerası tərəfindən qeydə alınıb.