QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Yevlaxın Qoyunbinəsi kəndində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

S.Quliyevin idarə etdiyi “Renault Master” markalı yük maşını kənd ərazisində velosiped sürən 2014-cü il təvəllüdlü Eltac Elçin oğlu Məmmədliyə çırpılıb. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə ilə əlaqədar Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb, hazırda istintaq aparılır.