QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli 0,79 dollar, yaxud 0,81 faiz bahalaşaraq 98,41 ABŞ dollarına çatıb.

Azərbaycanın bu ilki dövlət büdcəsi bir barel neftin orta hesabla 65 ABŞ dolları olacağı nəzərə alınaraq hazırlanıb.

“Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək göstəricisi isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.