QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Yasamal rayonunda naməlum şəxslərin qanunazidd davranışlarını əks etdirən sosial media görüntüləri araşdırılıb.

Polisin keçirdiyi tədbirlər nəticəsində tüfeyli həyat tərzi sürdüyü və narkotik vasitələrdən istifadə etdiyi müəyyənləşdirilən şəxslər saxlanılıb.

S. Osmanov, F. Həsənzadə, Q. Səfərli, F. Şıxıyev və S. Talıbov cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə araşdırma davam edir.