QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, noyabrın 18-də Sumqayıt Dənizkənarı Bulvarı ərazisində dənizdə batan Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti tapılıb. O, 2006-cı il təvəllüdlü olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları meyiti batdığı yerdən 600 metr uzaqlıqda, nəzarətsiz ərazidə sudan çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.