QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, səhər zəngli saatın siqnalını söndürərək bir neçə dəqiqə əlavə yatmaq insanın daha gümrah oyanmasına kömək etmir. Bu vərdiş yuxunu bölə və günə yorğun başlamağa səbəb ola bilər.

Həkim-somnoloq Pavel Kudinov bildirib ki, siqnalı hər beş dəqiqədən bir təxirə salmaq səhər yuxusunu dəfələrlə yarımçıq kəsir. Belə olduqda oyanmaq çətinləşir, insan özünü halsız və yorğun hiss edə bilər.

Mütəxəssis yenidən yatağa qayıtmamaq üçün zəngli saatı və ya telefonu çarpayıdan aralı qoymağı məsləhət görüb. Siqnalı söndürmək məqsədilə yataqdan qalxmaq insanın tam oyanmasına yardım edir.

Psixoloq Aleksey Melexin isə zəngli saatın qəfil və gur səsinin zərərli təsirləri barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu cür səslər qıcıqlanma, aqressivlik, hətta panik atak yarada bilər. Yüksək səsli siqnallar stress hormonlarının səviyyəsinin artmasına da gətirib çıxara bilər.