QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının üzv dövlətlərinin bir qismi 2025-ci ilin sonunadək süni intellektə nəzarət qurumları yaratmayıb. Bu vəziyyət müvafiq qanunvericiliyin icrasında çətinliklərə səbəb olub.

Aİ-yə daxil olan 27 ölkədən 16-sı müəyyənləşdirilmiş müddətlərə riayət etməyib. Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Slovakiya və Macarıstanda nəzarət qurumları yaradılmayıb. Digər 10 dövlət isə bu sahədə normativ bazanın hazırlanması üzərində işləyir.

Aİ rəhbərliyi süni intellekt sektoru üçün 30 milyard avro dəyərində məlumat mərkəzlərinin inşasına dair layihənin başlanmasını da təxirə salıb. Qərarın məqsədi üzv ölkələrə büdcələrini tarazlaşdırmaq və investisiya məbləğlərini təsdiqləmək üçün əlavə vaxt verməkdir.