QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki supermarketdə 11-ci sinif şagirdi qarət törədib.
2010-cu il təvəllüdlü Bakı sakini İ.Z gecə marketə daxil olaraq binanın ikinci mərtəbəsinə qalxıb. Orada heç kimin olmadığını görən yeniyetmə müdirin otağına keçib və seyfdən 1 492 manat götürərək uzaqlaşıb. Hadisə zamanı onun supermarketin müşahidə kameralarına düşdüyü bildirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şübhəli bilinən İ.Z saxlanılıb. Fakt üzrə cinayət işi açılıb. Araşdırma zamanı onun uşaq yaşlarında anası tərəfindən tərk edildiyi, bacısı ilə birlikdə Bakıda internat tipli xüsusi ümumtəhsil məktəbinə yerləşdirildiyi müəyyənləşib. İ.Z həmin məktəbin 11-ci sinfində oxuyur və eşitmə məhdudiyyətlidir.
İş üzrə istintaq başa çatdıqdan sonra materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Z-yə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.