QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABB “DigiLife” adlı yeni onlayn jurnalını istifadəyə verib. Platforma müxtəlif mövzular üzrə məlumat, fikir və şəxsi təcrübələri bir araya gətirir, istifadəçilərə həm yazıları oxumaq, həm də müəllif kimi çıxış etmək imkanı yaradır.

Jurnalın əsas xüsusiyyəti fərqli peşə və maraqları olan insanları eyni rəqəmsal məkanda birləşdirməsidir. İstifadəçilər burada yeni biliklər əldə edə, öz təcrübələrini bölüşə, müxtəlif yanaşmalarla tanış ola və ortaq maraqları olan şəxslərlə virtual icma qura bilərlər.

“DigiLife”da maliyyə, texnologiya, biznes, karyera, fərdi inkişaf, həyat tərzi və başqa istiqamətlərdə materiallar dərc olunur. Oxucular yazılara münasibət bildirə, başqalarının təcrübəsindən yararlana, eləcə də öz fikirlərini və biliklərini paylaşa bilərlər. Platformanın geniş istifadəçi auditoriyası üçün açıq olması planlaşdırılır.

Layihə faydalı məzmunu daha çox insana çatdırmaq, maarifləndirməyə dəstək olmaq və bilik paylaşımını təşviq etmək məqsədi daşıyır. ABB bu təşəbbüslə rəqəmsal xidmətlərinin inkişafına yeni istiqamət əlavə etməyi, müştərilərinin gündəlik həyatına əlavə dəyər verməyi hədəfləyir.