QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Çinin Nio şirkətinə məxsus Firefly markalı elektrikli avtomobilin mühərrik gücü və texniki imkanları artırılıb, lakin modelin qiymətində dəyişiklik edilməyib.
Yenilənmiş avtomobilin batareya ilə birlikdə başlanğıc qiyməti 17 470 dollar, batareya icarəsi seçildikdə isə 11 600 dollardır. Batareyanın aylıq icarə haqqı 58 dollar müəyyən edilib.
Mühərrikin gücü 105 kilovatdan 120 kilovata çatdırılıb. Avtomobil saatda 100 kilometr sürət yığmaq üçün 7,9 saniyə sərf edir. Hazırda bu modelə sahib olanlar da proqram təminatını yeniləməklə güc artımını əldə edə biləcəklər.
Yeni versiyaya təkər təzyiqini izləyən sistem, avtomatik tənzimlənən yan güzgülər və geriyə hərəkət zamanı son 100 metrlik yolu yadda saxlayan funksiya əlavə olunub.