QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Çinin BYD şirkəti Denza N8 adlı yeni elektrikli SUV modelini satışa təqdim edib. Avtomobil bir dəfə enerji yığmaqla 1003 kilometrədək yol gedə bilir.

Modelin üç elektrik mühərrikli ən güclü komplektasiyası 1193 at gücü yaradır. Batareyanı 10 faizdən 97 faizə qədər doldurmaq üçün cəmi 9 dəqiqə tələb olunur.

Denza N8-in tam elektrikli variantlarının qiyməti 40 500 dollardan başlayır, ən yüksək qiymətli versiyası isə 49 500 dollara satılır.

SUV üçün 105,8 və 130,15 kVt/saat tutumlu batareyalar nəzərdə tutulub. Bildirilən 1003 kilometrlik məsafə Çinin CLTC ölçmə standartı üzrə hesablanıb; gündalik istismarda avtomobil daha qısa məsafə qət edə bilər.