QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, SpaceX kosmosda süni intellekt sistemlərini dəstəkləmək məqsədilə ildə 100 GW gücündə günəş elementləri istehsalına imkan verəcək avadanlıqlar alır.

Şirkət Almaniyanın Singulus Technologies şirkəti ilə dəyəri 69 milyon dolları aşan müqavilə bağlayıb. İstehsal üzrə ilk xəttin 2027-ci ilin ilk yarısında Texasda yaradılması nəzərdə tutulur.

Layihə günəş enerjisi ilə işləyən, süni intellekt hesablamaları aparacaq peykləri əhatə edir. SpaceX-in açıqlamasına əsasən, “AI1” peykinin eni 75 metr, hündürlüyü 30 metr olacaq. Onun orta enerji sərfiyyatı 175 kilovat təşkil edəcək.

Peyklərin topladığı məlumatların Yerə çatdırılması Starlink şəbəkəsindəki lazer rabitə bağlantıları ilə həyata keçiriləcək.

İlon Mask şirkətin hər il orbitə 100 GW-a qədər enerji gücü yerləşdirməyi planlaşdırdığını bildirib. Bu həcmdə layihəni reallaşdırmaq üçün ildə minlərlə kosmik buraxılışın tələb oluna biləcəyi qeyd olunur.