QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin fikirlərini şərh edib.

Parlamentin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə Bədəlbəyli Azərbaycan mədəniyyətinin Prezidentin səviyyəsinə çatmasını arzuladıqlarını deyib. O, “İstanbula getmədi ‘şah’, Şuşaya gəldi ‘mat’” ifadəsini işlədərək bunu böyük siyasət adlandırıb və mədəniyyətlə ədəbiyyat sahəsində də həmin səviyyəyə yüksəlmək istədiklərini bildirib.

Aqil Abbas isə özünü Bədəlbəylinin səviyyəsində görmədiyini söyləyib. “O, çox yüksəkdədir. Fərhad Bədəlbəyli dünya səviyyəli sənətkardır, pianoçudur, musiqişünasdır. Nə deyirsə, düz deyir”, – deyə o vurğulayıb.