QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsini daha qısa müddətdə başa çatdırmaq üçün aralıq seçkilərdən sonra Kiyevə təzyiqi gücləndirə bilər.

“The Telegraph”da yayımlanan məqalədə Avropa liderlərinin bəzi hallarda Trampa təsir edə bildiyi qeyd olunur. Bununla belə, ABŞ prezidentinin sülhə ən tez çatmağın Ukraynanı təslim olmağa vadar etmək və Vaşinqtonla Moskva arasındakı münasibətləri normallaşdırmaqdan keçdiyinə inandığı vurğulanır.

Müəllif hesab edir ki, seçkilərin ardından demokratlar Konqresin Senat və Nümayəndələr Palatasında çoxluq qazanarsa, Trampın qərarvermə imkanları məhdudlaşacaq. Rusiyaya tətbiq edilmiş ən sərt sanksiyaların aradan qaldırılması üçün Konqresin qərarı tələb olunur.

Məqalədə bildirilir ki, Avropa Volodimir Zelenskini ABŞ təzyiqindən müdafiə edir. Bu dəstək, o cümlədən, Ukraynaya maliyyə və hərbi yardımın göstərilməsi ilə təmin olunur.

ABŞ-də aralıq seçkilər noyabrın 3-də keçirilib. Seçicilər Senatdakı 100 yerdən 35-i, Nümayəndələr Palatasının isə 435 üzvünün hamısı üçün səs veriblər. Eyni zamanda 36 ştatda qubernator seçkiləri keçirilib.

Amerika mediasının son proqnozlarında demokratların Konqresin yeni tərkibində hər iki palatada üstünlük qazandığı bildirilir. Hazırda isə Senatda və Nümayəndələr Palatasında çoxluq respublikaçıların əlindədir.