QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi Millətlər Liqasının IV turunda bu gün səfərdə Lixteynşteynə qarşı oynayacaq. Baş məşqçi Ayxan Abbasov qarşılaşma ərəfəsində komandanın 23 nəfərlik heyətini müəyyənləşdirib.

Milliyə çağırılan Nihad Əhmədzadə, Murad Məmmədov, Namiq Ələsgərov və Ağadadaş Salyanski yekun siyahıya düşməyib.

Lixteynşteyn–Azərbaycan matçı bu gün saat 23:45-də başlayacaq.