QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə yığmasının müdafiəçisi Ozan Kabak komandanın düşərgəsindən ayrılıb.

26 yaşlı futbolçu UEFA Millətlər Liqasının A Liqasında Belçikaya 1:2 hesabı ilə uduzulan qarşılaşmada sarı vərəqə alıb və cəzalı duruma düşüb. Buna görə Kabak noyabrın 15-də Fransaya qarşı keçiriləcək səfər oyununda meydana çıxa bilməyəcək.

Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytında bildirilib ki, futbolçu cəza səbəbindən məşqçilər korpusunun icazəsi ilə milli komandanın düşərgəsini tərk edib.

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda beş turdan sonra xala malik deyil və turnir cədvəlinin sonuncu pilləsindədir.