QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 6 medal qazanıb.
Yığmanın aktivində 3 qızıl və 3 gümüş mükafat var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gümüş medallara çimərlik güləşində Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) sahib olublar.
Qeyd edək ki, Azərbaycan turnirdə 13 idmançı ilə təmsil olunub.