QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Kriştiano Ronaldonun böyük oğlu Kriştiano Ronaldo Junyor Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında ilk dəfə meydana çıxıb.

2027-ci il Avropa çempionatının seçmə mərhələsində Portuqaliya U-17 komandası Andorra yığmasına 4:0 hesabı ilə qalib gəlib.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında oynayan 16 yaşlı hücumçu 18 nömrəli forma ilə 73-cü dəqiqədə Viktor Bastianelenin əvəzinə meydana daxil olub. Gənc futbolçu qısa müddətdə fəallığı ilə yadda qalıb və debüt matçında qol vurmağa yaxınlaşıb.

Portuqaliya yığmasının qollarına Dieqo Farinya iki dəfə, Kaua Miranda penaltidən, Rafael Kabral isə bir dəfə imza atıb.

Görüşü tribunadan izləyənlər arasında Portuqaliya əsas millisinin futbolçuları Joao Feliks, Vitinya, Joao Kanselo və Joao Neveş də olub. Onlar Kriştiano Ronaldo Junyorun U-17 komandasında ilk oyununu canlı izləyiblər.

Junyor daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da çıxış edib. Bu yaş qruplarında keçirdiyi 13 matçda 5 qol vurub. Atasının milli karyerasını bitirməsindən bir neçə gün sonra U-17 yığmasında debüt etməsi futbol ictimaiyyətində rəmzi məna daşıyan hadisə kimi qiymətləndirilib.