QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramov Lixtenşteynlə görüşdən əvvəl təşkil olunan mətbuat konfransında verilən suala yumorla yanaşıb.

Müdafiəçi baş məşqçinin ona etimad göstərdiyi istənilən mövqedə oynamağa hazır olduğunu deyib. Jurnalistin qapıçı kimi də meydana çıxıb-çıxa bilməyəcəyi barədə sualını cavablandıran Bayramov isə bu mövqedə hələ oynamadığını zarafatla bildirib:

“Baş məşqçimiz hansı mövqedə mənə şans versə, harada inansa, mən də orada əlimdən gələnin ən yaxşısını etməyə çalışıram: bircə qapı qalıb, inşallah, orada da”.

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son matçına çıxacaq. Yığma səfərdə Lixtenşteynlə qarşılaşacaq.