QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Zəfər Günü münasibətilə Azərbaycan və Türkiyə mediasının təmsilçiləri üçün Şuşaya mediatur keçirilib. Səfər Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin altıncı ildönümünə həsr olunub.

Proqram Yuxarı Gövhər ağa məscidinə ziyarətlə başlayıb. Jurnalistlərə bildirilib ki, təməli 1769-cu ildə qoyulan ibadət yeri XIX əsrdə bir neçə dəfə yenidən qurulub. Məscidin bugünkü binası 1883-cü ildə ikinci Qarabağ xanı İbrahimxəlil xanın qızı, Azərbaycan şairəsi Gövhər ağanın maliyyə dəstəyi ilə inşa edilib.

Şuşanın erməni işğalı altında olduğu dövrdə məscid zərər görüb. Şəhərin azad edilməsindən sonra abidə bərpa olunub və hazırda fəaliyyət göstərir. Məscid dövlət əhəmiyyətli memarlıq abidəsi sayılır.

Məlumata görə, Şuşaya səfər edən yüzlərlə qonaq burada namaz qılır və məkanın tarixi əhəmiyyəti ilə tanış olur.