QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Gəncə sakini, 1975-ci il təvəllüdlü Namiq Səidov böyrəklərində yaranan problem səbəbindən transplantasiyaya ehtiyac duyub. Həkimlər onun səhhətinin yaxşılaşması üçün böyrək köçürülməsini zəruri hesab ediblər.
Namiq Səidovun həyat yoldaşı, 1976-cı il təvəllüdlü İradə Səidova könüllü şəkildə öz böyrəyini ona verib. Cərrahi əməliyyatlar uğurla yekunlaşıb.
Namiq Səidov Birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.