QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Fənərbaxça”nın yeni baş məşqçisi Emre Belözoğlu vəzifəsinə başlayandan sonra komandanın məqsədləri və turnir cədvəlindəki mövqeyi barədə danışıb.

Gənc mütəxəssis çempionluq uğrunda mübarizəni davam etdirmək niyyətində olduqlarını və bütün qarşılaşmalara qələbə məqsədilə çıxacaqlarını bildirib. O, xal fərqinin aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb: “Biz hər oyunumuza qazanmaq üçün çıxacağıq. 9 xallıq fərq də qapanar, 19 da.”

Belözoğlunun açıqlaması klubun azarkeşləri və camiəsi arasında mövsümün qalan hissəsində zirvə uğrunda mübarizəyə qoşulmaqla bağlı gözləntiləri artırıb.