QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi iki tender müsabiqəsi elan edib.
Tenderlərdən biri paytaxtın 19 ünvanındakı yeraltı və yerüstü piyada keçidlərində quraşdırılan liftlərin yenilənməsi və əsaslı təmiri, eskalatorların və əlil arabaları üçün platformaların dəyişdirilməsi, eləcə də inzibati binanın təmiri işlərini əhatə edir. Bu işlərə 9 milyon 991 min 530 manat ayrılıb.
Digər müsabiqə Bakı şəhərində 12 ünvanda yerləşən yeraltı və yerüstü keçidlərdəki liftlərin, eskalatorların, travelatorun və əlil arabaları üçün platformaların yeniləri ilə əvəz olunmasını nəzərdə tutur. Tenderin ehtimal olunan qiyməti 9 milyon 998 min 650 manatdır.