QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, balıq, tərəvəz, yumurta və çay yemək insult keçirmiş yaşlı insanlarda yaddaş və digər idrak qabiliyyətlərinin zəifləməsini yavaşlada bilər.
Bu nəticəyə Çindəki alimlər gəliblər. Tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında yayımlanıb.
Araşdırmada insult keçirmiş 452 yaşlı şəxsin məlumatları təhlil olunub. Tədqiqatçılar iştirakçıların xəstəlikdən əvvəl və sonrakı dövrdə 13 müxtəlif qida məhsulundan nə qədər istifadə etdiyini araşdırıb, xüsusi testlərlə idrak qabiliyyətlərindəki dəyişiklikləri izləyiblər.
Nəticələr göstərib ki, bəzi qidaların qəbulu insultdan sonra yaddaşın və digər zehni funksiyaların qorunması ilə əlaqəli ola bilər.