QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Uzak şehir” serialının çəkiliş heyətindən Qonca Cilasun və Barış Yalçın arasında sevgi münasibəti olduğu iddia olunur.

Serialda Sadakat Albora obrazını canlandıran Cilasun və Erol rolunu oynayan Yalçının sosial şəbəkədəki yazışmaları bu iddialara yol açıb. Cilasun paylaşdığı fotonun altında “Ürəyim orada qaldı” yazıb. Yalçın isə “Qalar təbii” cavabını verərək ürək emojisi əlavə edib.

Aktyorların səmimi ünsiyyəti izləyicilərdə onların münasibəti ilə bağlı suallar yaradıb. Bununla belə, sevgili olduqları barədə məlumat hələ rəsmi təsdiqini almayıb.

Qeyd edək ki, serialın digər aktyorları Dilin Döğer və Atakan Özkaya da real həyatda sevgilidirlər.