QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Toral Bayramov “Antalyaspor”la qarşılaşmada avtoqol vurub.
Türkiyə 1-ci liqasının oyununda hadisə ilk hissəyə əlavə edilmiş 6-cı dəqiqədə baş verib. Bayramov topu öz qapısından uzaqlaşdırmağa çalışarkən səhvə yol verib və uzaq məsafədən aşırma zərbə ilə topu qapıdan keçirib.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Bayramov 79-cu dəqiqədə əvəzlənib.