QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Füzulidə baş verən ağır yol qəzasında fizika müəllimi və iki tələbə həlak olub.
Hadisə yerində ölən müəllim Seymur İsmayılov fizika fənnini tədris edirmiş. Avtomobildə onunla yanaşı, 17 yaşlı Turan Əsgərov və Əhəd Heydərzadə də olub. Onların üçü də qəza yerində keçinib.
“Opel”lə “VAZ-2104” markalı avtomobilin toqquşması zamanı daha bir neçə nəfər xəsarət alıb.