QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzərdə gözlənilən fırtınalı hava ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Məlumata görə, noyabrın 15-i gündüzdən Xəzər dənizində şimal-qərb və şimal istiqamətli külək əsəcək və bu hava şəraiti noyabrın 16-sı gündüz saatlarınadək davam edəcək.

Həmin müddətdə küləyin sürətinin 18-23 m/s, bəzi vaxtlarda 25-30 m/s olacağı, açıq dənizdə isə 32-35 m/s həddinədək güclənəcəyi proqnozlaşdırılır.

Dalğaların əvvəlcə 3-4 metrə, prosesin sonrakı mərhələsində isə 5,5-7,5 metrə yüksələcəyi bildirilir.