QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhəmlə görüşüb. Əliyev İrlandiyanın paytaxtına “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün səfər edib.
Görüşün əvvəlində “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə edilib.
Tərəflər sənədin qəbulunun ikitərəfli əlaqələri rəsmi şəkildə keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini vurğulayıblar. Bununla yanaşı, Bəyannamə imzalanmazdan əvvəl də iki ölkə münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.
İlham Əliyev enerji sahəsində 30 ildən çoxdur davam edən uğurlu əməkdaşlığa diqqət çəkib və Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investoru olduğunu bildirib.
Görüşdə bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt istiqamətlərində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu da vurğulanıb. Son aylarda Britaniyadan Azərbaycana gerçəkləşən yüksək səviyyəli rəsmi səfərlərin və aparılan müzakirələrin əhəmiyyəti qeyd edilib.
Tərəflər, həmçinin beynəlxalq gündəlikdəki məsələlər barədə fikir mübadiləsi aparıblar.